Qəzada ölən Ramalla bağlı ürəkparçalayan detal - Son paylaşımı üzə çıxdı - VİDEO

28 Oktyabr 2024 14:35

Göygöl ərazisində baş verən qəza nəticəsində tələbənin dünyasını dəyişməsi barədə məlumat vermişdik.

Milli.Az xəbər verir ki, qəzada həyatını itirən Qurbanzadə Ramal Ramil oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin "iqtisadiyyat" ixtisasının II kurs tələbəsi olub.

Göygöldə "VAZ - 21015" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində rayon sakinləri 18 yaşlı Fariz Məhərrəmov, 40 yaşlı Xəyal Rzayev və 18 yaşlı Heydər Hüseynov xəsarət alıblar. 18 yaşlı Ramal Qurbanzadə isə hadisə yerindəcə keçinib.

O, elə həmin gün Tiktokda video paylaşıb və evlənmək isədiyini qeyd edib.

Milli.Az onun ən son paylaşımını təqdim edir:

İsmayıl
Milli.Az