Ermənistanın dövlət borcu yenidən kəskin artacaq

28 Oktyabr 2024 17:20

2024-cü ilin sonunda Ermənistanın dövlət borcunun ÜDM-yə nisbəti 49,8% olacaq.

Milli.Az xəbər verir ki, bunu maliyyə naziri Vaage Hovhannisyan deyib.

Onun sözlərinə görə, 2025-ci ilin sonuna bu rəqəmin 53,5 faizə çatacağı gözlənilir.

Ermənistan Respublikasının dövlət borcu hazırda 5 trilyon dram təşkil edir.Vahe Hovhannisyanın sözlərinə görə, dövlət borcunun mütləq səviyyəsi vacib deyil, onu ÜDM ilə müqayisə etmək vacibdir.

"Müxtəlif ehtiyaclara görə dövlət borcu arta və azala bilər" deyən maliyyə naziri hökumətin hər ay borcu artırdığını vurğulayıb.

Nərmin Mahmudova
Milli.Az