Tunellərdəki ən son vəziyyət - VİDEO

28 Oktyabr 2024 13:29

Bakı şəhərində yağan leysan yağışlarla əlaqədar bəzi ünvanlarda subasmanın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub və dərhal nazirliyin qüvvələri ərazilərə cəlb olunub.

Bu barədə Milli.Az-a FHN-dən məlumat verilib. 

Bildirilib ki, hazırda nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Milli.Az