Arda "Real"dan gedir

28 Oktyabr 2024 13:21

"Real Madrid" klubunun 19 yaşlı gənc ulduzu karyerasını "Liverpul"da davam etdirə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Liverpul" klubu Arda Güler üçün 70 milyon avro ödəməyə hazırdır.

İngiltərə nəhənginin komandadan ayrılacaq Məhəmməd Salahın yerinə 19 yaşlı istedadla müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, "Real Madrid" klubu "Liverpul"un daha öncəki 45 milyon avroluq təklifini geri çevirmişdi.

Milli.Az