25 yaşlı qapıçı ürəktutmadan öldü

28 Oktyabr 2024 14:23

MLS-də çıxış edən "Filadelfiya Yunion"nun qapıçısı Holden Trent 25 yaşında vəfat edib.

Milli.Az idman.biz-ə istinadla xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.

Amerikalı qolkiper ürəktutmasından ölüb. Trent 2022-ci ildən filadelfiyalıların formasını geyinsə də, əsas komandada debüt etməyib.

Qeyd edək ki, Qərb konfransında yer alan "Filadelfiya Yunion" MLS-də mövsümü 12-ci pillədə tamamlayıb.

Milli.Az