Ermənistan hərbi xərclərini kəskin artırır: 1,7 milyard dollar

28 Oktyabr 2024 12:48

Ermənistanın hərbi xərcləri 2025-ci ilə qədər kəskin artacaq.

Milli.Az xəbər verir ki, bu sözləri Maliyyə Nazirliyinin rəhbəri Vahe Hovhannisyanın parlament komissiyalarında büdcə dinləmələri zamanı deyib.Ümumilikdə müdafiəyə 1,7 milyard dollardan çox vəsait xərclənəcək ki, bu da hazırkı rəqəmlərdən 20% çoxdur.

Nazir onu da bildirib ki, əsaslı xərclərin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək.

Yeri gəlmişkən, gələn il ümumi əsaslı məsrəflər ÜDM-in 6,6 faizini təşkil edəcək ki, bu da cari ilin göstəricisindən 0,6 faiz çoxdur.

Hovhannisyan müdafiə xərclərini dövlət büdcəsinin ən mühüm hissəsi adlandırıb. Onun sözlərinə görə, bu xərclər ölkənin bütün potensialını cəmləşdirir və bu, təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldiləcək.

Nərmin Mahmudova
Milli.Az