Orban Gürcüstana gedir

28 Oktyabr 2024 14:12

Macarıstanın baş naziri, Aİ Şurasının sədri Viktor Orban Gürcüstana rəsmi səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 29-da Gürcüstan hökumətinin administrasiyasında baş nazirin rəsmi qarşılanma mərasimi keçiriləcək. Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze macar həmkarını qəbul edəcək.

Görüşlər üzbəüz və geniş formatda keçiriləcək, bundan sonra İrakli Kobaxidze və Viktor Orban mediaya birgə bəyanatlarla çıxış edəcəklər.

Nərmin Mahmudova
Milli.Az