Türkiyə ordusu PKK-nın 23 üzvünü zərərsizləşdirdi

28 Oktyabr 2024 12:23

İraqın şimalında həyata keçirilən əməliyyatda 23 PKK terrorçusu zərərsizləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi açılqlayıb.

Nazirlik açıqlamasında "İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində daha 23 PKK terrorçusu zərərsizləşdirilib. Biz qətiyyətliyik və terroru aradan qaldırmağa qadirik" sözlərini deyib.

Nərmin Mahmudova
Milli.Az