Heydər Əliyev prospektində zəncirvari qəza

28 Oktyabr 2024 12:00

Bu gün səhər saatlarında paytaxtın Heydər Əliyev prospektində zəncirvari yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, prospektdə "Toyota Prado" və "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillər yararsız vəziyyətə düşüb. Həmçinin daha 4 avtomobilə də zərər dəyib.

Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Milli.Az