"Bağırov" körpüsündə son vəziyyət - İcra Hakimiyyəti açıqlama yaydı VİDEO

28 Oktyabr 2024 12:00

"Bağırov" körpüsündə subasma təhlükəsi aradan qaldırılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Milli.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə bu gün səhər saatlarından etibarən bəzi KİV-lərdə Bakı şəhərində yağan güclü yağışlar səbəbindən Heydər Əliyev prospektində yerləşən "Bağırov" körpüsünü yenidən su basması məlumatı yayılıb.

"Bildiririk ki, səhər saatlarından etibarən aidiyyatı qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən "Bağırov" körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb. Körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib.
Paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır", - deyə məlumatda qeyd olunub.

-----

11.49

Hazırda Bakı şəhərində yağıntılı hava şəraiti davam edir.

Milli.Az xəbər verir ki, "unikal"ın məlumatına görə, yağış nəticəsində Heydər Əliyevin prospektindəki "Bağırov" körpüsündə yenə təhlükəli vəziyyət yaranıb.

Belə ki, körpünün altını su basıb.

Qeyd edək ki, oktyabrın 22-də də "Bağırov" körpüsündə eyni vəziyyət yaranmışdı.

Milli.Az