Yağışa görə sürət həddi endirildi

28 Oktyabr 2024 11:14

Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu buarədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Milli.Az-a məlumat verilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Leysan nə vaxt dayanacaq?

Milli.Az