Leysan nə vaxt dayanacaq?

28 Oktyabr 2024 10:01

Milli Hidrometeorologiya Xidməti tərəfindən Milli.Az-a xəbər verildiyi kimi hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir. Bunu xidmət rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.

Milli.Az