Polşa Gürcüstandakı seçkilərin nəticələrindən narahatdır

28 Oktyabr 2024 09:59

Polşa Xarici İşlər Nazirliyi bəyan edib ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin gedişatı və nəticələri onun Aİ və NATO-ya üzv olmaq perspektivlərini ləngidir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumat qurumun rəsmi saytında yer alıb.

"Polşa Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanda 26 oktyabr 2024-cü ildə keçirilmiş parlament seçkilərinin gedişindən dərin narahatlığını ifadə edir", - məlumatda deyilir.

Milli.Az