İrəvana da müharibəyə başlamaq təklif edilib

28 Oktyabr 2024 11:12

Bütün dünyada təsir dairələrinin formalaşması prosesi gedir və irili-xırdalı müharibələr, hərbi əməliyyatlar, müharibə təhlükələri bu prosesi sürətləndirir.

Milli.Az xəbər verir ki, bu sözləri Paşinyan hökumətində Dövlət Gəlirləri Komitəsinə rəhbərlik etmiş iqtisadçı ekspert David Ananyan deyib.

O bildirib ki, Bidzina İvanişvilinin Qərbdən Rusiyaya qarşı müharibəyə başlamaq təklifi ilə bağlı hekayəsi də həmin silsilədəndir:

"Mən demək olar ki, əminəm ki, Ermənistanın indiki hakimiyyətinə də oxşar təklif edilib".

Milli.Az