Tovuz rayonunun Aşağı Quşçu kəndində usta ev sahibi tərəfindən döyülüb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, vətəndaş Alim Qasımova məxsus evdə təmir işləri aparan həmkəndlisi usta Vahid Məmmədov ev sahibi tərəfindən döyüldüyünü iddia edir.
Zərərçəkənin yaxınları və hadisə şahidlərinin sözlərinə görə, iş bitdikdən sonra ev sahibinin təklifi ilə şam yeməyinə əyləşiblər. Bundan sonra ev sahibi ilə usta arasında mübahisə yaranıb. Elə olanlar da bundan sonra baş verib.
Vahid Məmmədov aldığı xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
TƏBİB-dən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkən kəllə-beyin travması diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi yardım göstərilib və hazırda stasionar müalicəsi davam edir. Vəziyyəti stabil qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən Alim Qasımovun anasının iddiasına görə, oğlu və usta yemək zamanı spirtli içki qəbul ediblər. O, davaya məhz Vahid Məmmədovun səbəb olduğunu iddia edib.
Hadisəni törətməkdə şübhəli bilinən Alim Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb. O, polis əməkdaşlarına tabesizlik də göstərib.
O da bildirilib ki, müvafiq eskpertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun