Sumqayıtda 53 yaşlı kişi bıçaqlandı

28 Oktyabr 2024 08:49

Sumqayıtda 53 yaşlı kişi bıçaqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Yaşar Muxtarpaşa oğlu Manafov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun