"Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.
Bakı metropolitenindən Milli.Az -a verilən məlumata görə, maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib. Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun