İran Prezidenti: Biz müharibə istəmirik

28 Oktyabr 2024 08:00

İran münaqişəni qızışdırmaq istəmir, lakin eyni zamanda ərazisinə hücuma görə İsrailə müvafiq cavab vermək hüququnu özündə saxlayır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Biz müharibə istəmirik, lakin xalqımızın və ölkəmizin hüquqlarını müdafiə edəcəyik, İsrailin təcavüzünə müvafiq cavab verəcəyik", - Pezeşkian bildirib.

"İsrailin təcavüzü və cinayətləri davam etsə, gərginlik artacaq və bilirik ki, Birləşmiş Ştatlar İsraili bu faciələrə təhrik edir. ABŞ bizə qarşı müharibəni dayandıracağını vəd edib, lakin vədinə əməl etməyib", - Pezeşkian əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun