Özbəkistanda parlament seçkiləri uğurla başa çatıb - Daşkənddən reportaj - VİDEO - FOTO

28 Oktyabr 2024 00:12

Özbəkistanda ölkə parlamentinə seçkilər keçirilib. Özbəkistan Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, parlament seçkilərində seçici fəallığı 71,52% təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Özbəkistan hökumətinin dəvəti ilə seçkilərin işıqlandırılmasında iştirak edən Trend-in xüsusi müxbiri məlumat verib.

Qeyd edək ki, Trend BİA Mərkəzi Asiyanın aparıcı xəbər provayderlərindən biri kimi qlobal informasiya məkanında mühüm yer tutur.

Trend-in müxbiri Özbəkistanda səsvermənin uğurla başa çatmasından xəbər verir. Hazırda səslərin hesablanması davam edir. İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.

Bundan əlavə, Özbəkistanda keçirilən seçkilərdə həm yerli, həm də xarici KİV-in 1068 nümayəndəsi akkreditasiyadan keçib. MDB, ŞƏT və Türk Dövlətləri Təşkilatının missiyaları çərçivəsində seçki prosesinin monitorinqində 850-dən çox xarici və beynəlxalq müşahidəçi də iştirak edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun