Zurabişvili vətəndaşları etiraza səslədi

27 Oktyabr 2024 22:01

Gürcüstan Prezidenti Salome Zurabişvili vətəndaşları bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə səsləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Sputnik Georgia" məlumat yayıb.

Brifinqdə çıxış edən S.Zurabişvili aksiyanın dinc xarakter daşıyacağını bildirib.

"Sabah axşam saat 7-də (Bakı vaxtı ilə saat 19:00-red) hamınızı Rustaveli prospektinə dəvət etmək istəyirəm ki, biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı bəyan edək".

Zurabişvili seçkilərin nəticələrini tanımadığını da bəyan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun