İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal rekorda imza atıb.
Milli.Az report-a istinadən xəbər verir ki, ispaniyalı oyunçu buna La Liqanın XI turunda "Real" qalib gəldikləri matçda fərqlənməklə nail olub.
Yamal "El Klasiko"da qol vuran ən gənc futbolçudur.
O bunu 17 yaş 106 günündə bacarıb.
Qeyd edək ki, qarşılaşma "Barselona"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun