Türkiyədə yenə güclü zəlzələ oldu

27 Oktyabr 2024 22:32

22:32

Türkiyənin Adana şəhərinin Kozan rayonunda 5 bal gücündə zəlzələnin baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə AFAD məlumat paylaşıb.

Təbii fəlakətlə bağlı ölkənin daxili işlər naziri Ali Yerlikaya dərhal çöl baxışlarına başlanıldığını və hazırda hər hansı neqativ halın olmadığını bildirib.

Zəlzələnin ətraf əyalətlərdə də hiss olunduğu bildirilib.

----------
19:44

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık ilçəsində 4,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində dağıntı və tələfat yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun