Zaxarova Britaniyanı ittiham etdi - Tramp əleyhinə...

27 Oktyabr 2024 20:06

Böyük Britaniyada hakimiyyətdə olan Leyboristlər Partiyası Donald Trampın ABŞ prezidenti olmasına mane olmaq üçün 100 mütəxəssis hazırlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Xüsusilə qeyd etmək istərdim: Bu, Britaniyanın Amerika seçkilərinə, xüsusən bir namizədin lehinə müdaxiləsi demək deyil", - deyə XİN sözçüsü vurğulayıb.

O bildirib ki, demokratlar üçün işlər "çox pis" gedir, ona görə də "keçmiş sahibləri"ndən yardım istəməyə məcburdurlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun