İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr günorta saatlarında Livanın cənubundakı Səidə şəhəri yaxınlığındakı yaşayış binalarından birinə zərbələr endirib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Livan Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 8 nəfər həlak olub.
Departamentin Facebook-da dərc olunmuş mesajında 8 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilir.
Milli.Az