Gəncədə avtobusda qeyri-etik hərəkətlər edən şəxsin kimliyi bilindi

27 Oktyabr 2024 16:23

Gəncədə avtobusda əxlaqsız hərəkətlər edən şəxsin kimliyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı oxu.az-a açıqlama verib.

O bildirib ki, görüntülər əsasında Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılıb və həmin şəxsin Gəncə şəhər sakini, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan Ə.Abbasov olduğu müəyyən edilib.

"Şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq onun müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub" , - deyə Eşqin Qasımov vurğulayıb.

Milli.Az