Bu ölkələr İsraildə BMT-nin yardımını qadağan edilməsinə qarşıdırlar

27 Oktyabr 2024 15:39

Avstraliya, Böyük Britaniya, Kanada, Koreya Respublikası, Fransa, Almaniya və Yaponiya Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin İsraildəki fəaliyyətini qadağan edən qanun layihəsinə qarşı çıxıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yeddi ölkənin xarici işlər nazirliklərinin birgə bəyanatında deyilir.

"Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi Qəzzada, Şərqi Qüdsdə, İordan çayının qərb sahilində və bütün regionda fələstinli qaçqınlara vacib və həyat qurtaran humanitar yardım və əsas xidmətlər təqdim edir. Bu iş olmasaydı, Qəzzada və İordan çayının qərb sahilində təhsil verilməsi, səhiyyə xidməti və yanacaq paylanıla bilinməzdi. Bu cür yardım və xidmətlərin göstərilməsi, onsuz da kritik vəziyyətdə göstərilir. Həmin proses saxlanılarsa, Qəzzada dağıdıcı nəticələrə gətirib çıxaracaq, çox çətin olacaq" - bəyanatda deyilir.

"Biz İsrail hökumətini beynəlxalq öhdəliklərə riayət etməyə, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin imtiyaz və toxunulmazlıqlarını qorumağa və bütün formalarda tam, sürətli, təhlükəsiz və məhdudiyyətsiz halda mülki əhaliyə

humanitar yardım göstərmək, habelə onlara son dərəcə ehtiyac duyulan əsas xidmətləri göstərmək üzrə öhdəliklərini yerinə yetirməyə çağırırıq" - Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb.

Milli.Az