Türkiyə ordusu Suriyanın şimalında daha bir terrorçunu zərərsizləşdirdi

27 Oktyabr 2024 13:17

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 15 YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib.

Milli.Az Trend.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.

Məlumata əsasən, terrorçular "Fərat Qalxanı", "Sülh mənbəyi" əməliyyatları zonasında, eləcə də Münbiç bölgəsində zərərsizləşdirilib.

Nazirlik Suriyanın şimalında terrorçulara qarşı mübarizədə qəti qərarlı olduqlarını vurğulayıb.

Milli.Az