Azərbaycanda I kurs tələbəsi vəfat etdi - FOTO

27 Oktyabr 2024 12:28

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin "Coğrafiya müəllimliyi" ixtisası üzrə I kurs tələbəsi Məhəmməd Habil oğlu Quluyev vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə BDU-dan bildirilib.

Məlumata görə, səhhətində uzun zamandır problem olmasına baxmayaraq, o, təhsilini davam etdirərək istədiyi ixtisasa qəbul olumuşdu. 

Milli.Az