Həmkarlarından Sənubərə səhnədə ad günü sürprizi

27 Oktyabr 2024 12:00

Əməkdar artist Sənubər İsgəndərlinin doğum günü olub. 

Milli.Az olay.az-a istinadən xəbər verir ki, həmkarları səhnədə aktrisaya sürpriz ediblər.

Belə ki, Akademik Milli Dram teatrında "Dəli yığıncağı" tamaşası üçün S.İsgəndərli səhnəyə çıxıb. 

Tamaşa bitdikdən sonra Xalq artisti Nürəddin Mehdixanlı S.İsgəndərlini səhnədə təbrik edib. 

Həmin anları instaqram səhifəsində yayımlayan aktrisa "Doğum günümü səhnədə doğma kollektivlə birlikdə qeyd etdim. Bir aktrisa üçün bundan böyük hədiyyə nə ola bilər?" sözlərini yazıb.

Milli.Az