Günəşdə Yerdən daha böyük maqnit halqaları peyda oldu

27 Oktyabr 2024 11:42

Günəşdə partlayışlar səbəbindən hündürlüyü Yerin ölçüsünü əhəmiyyətli dərəcədə aşan maqnit ilmələri müşahidə olunur. Onlar planetimizin sakinləri üçün təhlükə yaratmır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiyanın İrkutsk Dövlət Universitetinin professoru Sergey Yazev bildirib.

Onun sözlərinə görə, maqnit halqalarının hündürlüyü təxminən 200 min km-dir ki, bu da Yerin ölçüsündən qat-qat böyükdür.

Alim qeyd edib ki, Günəşdə maqnit halqaları kifayət qədər adi haldır. Onlar Yer kürəsinin sakinlərinə birbaşa təsir göstərmir.

Milli.Az