Gürcülər arzusuna çatdı - Seçkilərin nəticəsi bəllidir

27 Oktyabr 2024 10:01

Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsi bəlli olub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

97.011 faiz sayılan səslərə əsasən, "Gürcü azusu" partiyası seçicilərin 54,24 faizinin etimadını qazanıb.

Hakim partiyanı 1 087 801 seçici dəstəkləyib.

Dörd qərbyönümlü müxalifət koalisiyası isə ümumilikdə 37,33% səs toplaya bilib.

Milli.Az