Müdafiə Nazirliyi məlumat yaydı

27 Oktyabr 2024 10:43

Azərbaycan ordusunun bölmələri tərəfindən istismar müddəti və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı əkildə məhv edilməsi davam etdirilir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, döyüş sursatlarının məhv edilməsi prosesi 28.10. 2024-cü il tarixdən 01.11.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Milli.Az