Qurban Qurbanov: “Hədəfim etimadı doğrultmaqdır”

27 Oktyabr 2024 10:20

"Yarışa çox yaxşı hazırlaşırıq".

Milli.Az xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) deyib.

O, Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə keçiriləcək güləş üzrə dünya çempionatına hazırlığını dəyərləndirib. Qurbanov bildirib ki, komanda da əhval-ruhiyyə yüksəkdir: "Hər kəs var gücü ilə bu çempionata hazırlaşır. Əlimizdən gələni edib, yaxşı nəticə üçün çalışacağıq. Əsas hədəfim bizə göstərilən etimadı doğrultmaqdır. Mundiala kifayət qədər güclü rəqiblər qatılacaq. Ona görə diqqətli olub, məsuliyyətli yanaşmaq lazımdır".

Qeyd edək ki, dünya çempionatı oktyabrın 28-31-də keçiriləcək.

Milli.Az