Naomidən sevgili olduğu Liamın ölümünə reaksiya - FOTO

27 Oktyabr 2024 10:12

"Qara pantera" ləqəbi ilə məşhurlaşan model Naomi Kempbell "One Direction" qrupunun üzvü, müğənni Liam Peynin ölümünə reaksiya verib.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, illər əvvəl Liamla eşq yaşayan Naomi pop ulduz Nikol Şörzingerin mərhum sənətçi ilə instaqram səhifəsindəki fotosunun şərh bölməsinə "qırıq ürək" emojisini yazıb.

Liamın ölümü, podium ulduzunu biganə qoymayıb. Beləcə Kempbell Peynin vəfatından dərin kədər hissi keçirdiyini bildirmiş olub. 

Qeyd edək ki, cütlük münasibət qurarkən modelin 48, müğənninin isə 25 yaşı olubş 2019-cu ilin aprelində onlar dörd aylıq tanışlıqdan sonra ayrılıblar.

Milli.Az