Bakıda “Mercedes” yandı

27 Oktyabr 2024 10:05

Bakıda "Mercedes" markalı avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az