Tanımadığı qız məşhur ulduzu avtomobilinə OTURDUB QAÇIRDI - FOTO

27 Oktyabr 2024 07:15

Hollivud ulduzu Al Paçino xatirələrində 1970-ci illərdə bir fanatın onu qaçırmağa cəhd etdiyini xatırladıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 84 yaşlı sənətçinin yeni kitabından bir parça "The Guardian" tərəfindən nəşr olunub.

"Xaç atası" ulduzunun dediyinə görə, dostu ilə ziyafətdən sonra o, Nyu-Yorku sərxoş və tək gəzib. Tanımadığı bir qız Al Paçinoya avtomobilinə minməyi təklif edib, lakin nəqliyyət vasitəsini göstərilən istiqamətin əksinə sürüb.

"O, birbaşa dedi: "Mən səni qaçırıram." Amma mən Cənubi Bronksdanam. Hansısa çılğın adamın mənə nəsə etməyə çalışdığını görəndə necə qaçacağımı bilirəm...", - aktyor deyib.

Al Paçino qapını açıb özünü çölə atıb. Sonra qız onu evə aparıb.

Həmçinin kitabda aktyor 70 yaşında fırıldaqçı mühasibin günahı ucbatından bütün pullarını necə itirdiyini danışıb. Al Paçinonun sözlərinə görə, ona xəbərdarlıq edilib ki, mühasibə "güvənmək olmaz", lakin o, bu sözlərə əhəmiyyət verməyib. Ancaq sonra sənətçi bir neçə böyük xərcə düşdükdən sonra şəxsi maliyyəsini özü həll etmək qərarına gəlib və aldadıldığını anlayıb.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun