“Qarabağ”ın oyunlarını idarə edən hakim diskvalifikasiya olundu

26 Oktyabr 2024 20:41

UEFA "Qarabağ"ın avrokubok oyunlarını idarə etmiş polşalı baş hakim Bartoş Frankovskini 2025-ci ilə qədər diskvalifikasiya edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna referinin digər həmkarı Tomaş Musialla birgə içkili halda yol nişanlarına zərər yetirməklə qeyri-etik davranışları səbəb olub.

Onlar cari mövsümün əvvəlində Çempionlar Liqasının III təsnifat mərhələsinin "Reyncers" (Şotlandiya) - "Dinamo Kiyev " (Ukrayna) oyununa VAR hakimləri kimi təyinat alıblar. Lakin etdikləri hərəkətlərə görə başqa hakimlərlə əvəzləniblər.

Hər iki ədalət qoruyucusu nizam-intizam qaydalarını pozduqlarına görə UEFA tərəfindən 2025-ci ilin iyun ayına qədər hakimlikdən uzaqlaşdırılıblar.

Xatırladaq ki, Bartoş Frankovski 2019-cu ildə "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin "Dandolk" (İrlandiya) və 2022-ci ildə Fransanın "Marsel" komandasına qarşı Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun