“Hizbullah” İsrail hərbi bazalarını atəşə tutdu

26 Oktyabr 2024 17:39

"Hizbullah" təşkilatının döyüşçüləri Hayfa və Safed şəhərlərindəki İsrail hərbi bazalarına raket zərbələri endirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qrup özünün teleqram kanalında məlumat yayıb.

"İslam müqaviməti döyüşçüləri Hayfanın şimalındakı Ha-Krayot ətrafında yerləşən hərbi hədəflərə zərbələr endirib və onları vurublar", - məlumatda deyilir.

Onlar həmçinin Livanla sərhəddən 20 km aralıda, Safed şəhəri yaxınlığındakı Mişarda İsrail hərbi kəşfiyyat bazasına və səhra düşərgəsinə zərbə endirdiklərini elan ediblər. 

Milli.Az