19 hərbçi öldürüldü - Meksikada

26 Oktyabr 2024 18:17

Meksikanın Herrero ştatında 19 nəfər hərbçilərlə cinayətkarların toqquşmasının qurbanı olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Harfuş bildirib.

"Hərbi qulluqçular bir neçə hücuma məruz qalıb. Nəticədə 17 hücumçu öldürülüb, 11 nəfər həbs edilib, iki bələdiyyə polisi həlak olub, dörd nəfər yaralanıb", - nazir Meksika Prezidenti Klaudia Şeynbaumun gündəlik mətbuat konfransında deyib.

Qarsiya Harfuş hücum edənlərin "Yeni insanlar" cinayətkar dəstəsinə aid olduğunu bildirib. Cinayətkarlar cümə axşamı səhər Tekpan-de-Qaleana kənd icmasına beş avtomobillə gəliblər, burada əvvəlcə rəqib "Los Qranados" qrupuna hücum etmək niyyətində olublar.

"Ordu bölmələri qarşıdurmanın və mülki əhaliyə zərər vurulmasının qarşısını alıb, həbslər aparılıb, 11 nəfər saxlanılıb ki, bu hadisələr cəzasız qalmasın", - nazir deyib.

Milli.Az