Natanın ailəsi DAĞILDI: xəyanət görüntülərinə görə - FOTO

26 Oktyabr 2024 18:09

Müğənni Natanın həyat yoldaşı ilk dəfə ərinin Lerçek ilə yayılan qeyri etik görüntülərinə münasibət bildirib.

Milli.Az azxeber-ə istinadla bildirir ki, o, Natanla ayrıldıqlarını açıqlayıb.
Anastasiya bildirib ki, yarışmaya getməzdən əvvəl ərinə ondan ayrılmaq istədiyini desə də Natan bunu qəbul etməyib.

Xanımı Natanın bu hərəkəti ona olan əsəbindən etdiyini bildirərək, səhvini boynuna aldığı üçün ona təşəkkür də edib.
 
"Ərimlə münasibətimiz bizim şəxsi məsələmizdir! Mənə ərim və ya vəziyyətin digər iştirakçıları haqqında təhqiredici mesajlar və ya şərhlər yazmayın. Mən insanların alçaldılmasından sevinən adam deyiləm", - deyə Şvetsova açıqlamasında bildirib.
 
Xatırladaq ki, qısa zaman öncə Rusiyalı müğənni Natanın Kolumbiyada məşhurların birlikdə çəkiliş üçün gəldiyi "Cəngəllikdə ulduzlar" layihəsində Lerçek ilə intim görüntüləri yayılmışdı.

Milli.Az