Valeriyanın oğluna qarşı yarım milyonluq İDDİA

26 Oktyabr 2024 17:06

Moskvanın Tverskoy Rayon Məhkəməsi rusiyalı müğənni Valeriyanın oğlu, 25 yaşlı iş adamı Arseni Şulqinə qarşı böyük məbləğdə iddia qaldırıb.

Milli.Az azxeber-ə istinadla bildirir ki, külli miqdarda kredit müqaviləsi imzalayan Arseni zamanı çatsa da pulu geri qaytarmayıb.
 
İş adamı Valentin Demçuk, ondan kreditlə təxminən 587 min dollar (56 milyon rubldan çox) alan Şulqindən pulunun geri alınmasını tələb edib.
 
Müğənni məsələ ilə bağlı susqunluğunu qorusa da, həyat yoldaşı Cozef Priqojin vəziyyəti şərh edərək mübahisənin həll edildiyini və məsələnin bağlandığını bildirib.

Milli.Az