Rusiyanın dağılması prosesi başladı - Polkovnik

26 Oktyabr 2024 16:51

Artıq Rusiyanın dağılması prosesi başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.

Onun fikrincə, Rusiyada "şoklar" Şimali Qafqazda başlaya bilər.

Hərbçi xüsusən də Rosqvardiyanın kolonuna naməlum şəxslərin Qroznı yaxınlığında hücumunu xatırladıb:

"Rusiyada azadlıq mübarizəsi başlayıb. İlk növbədə söhbət İçkeriya, İnquşetiya və Dağıstandan gedir. Bu, o respublikalardır ki, orada həm Rusiya daxilində, həm də onun hüdudlarından kənarda azadlıq orduları var. Bu proses bir ildən artıqdır ki, davam edir. Bu azadlıq ordularının bir hissəsi 2014-cü ildən bizim ərazimizdə ruslara qarşı döyüşür".

Milli.Az