"Ərinin xəyanətini bağışlayan qadın qəhrəmandır"

26 Oktyabr 2024 16:43

Əməkdar artist Vasif Məhərrəmli qadınlarla bağlı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Xəbərin var?" verilişində qonaq olan müğənni kişi xəyanətindən söz açıb.

"Bizim mental dəyərlərimiz var. Bir qadın ərinin xəyanətini bağışlayırsa, qəhrəmandır. O qadın qəhrəman qadın sayılır. Ailəsini qorumaq, övladlarının gələcəyini, xoşbəxtliyini nəzərə alaraq bağışlayır. Bütün qohumlar da zəng edib başına and içir ki, halal olsun sənə" deyə, V.Məhərrəmli əlavə edib.

Milli.Az