“Tehran İsrailə cavab hüququndan istifadə edəcək”

26 Oktyabr 2024 15:53

"Tehran BMT Nizamnaməsinə uyğun olaraq İsrailin İran ərazisindəki hədəflərə gecə hücumuna cavab vermək hüququndan istifadə edəcək".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, İran Xarici İşlər Nazirliyi İsrailin təcavüzünü pisləyir və bunu beynəlxalq hüququn pozulması hesab edir.

Qeyd edək ki, oktyabrın 26-na keçən gecə İsrail İrana çoxsaylı raket hücumları həyata keçirib və bununla da bu ayın əvvəlində İslam Respublikasının kütləvi hücumuna cavab verib.

İsrail Müdafiə Qüvvələri İranın raket istehsal edən obyektlərinə, eləcə də raket sistemlərinə zərbələr endirib.

Milli.Az