Kanadada 19 yaşlı qızın meyiti çörək sexində TAPILDI

26 Oktyabr 2024 13:25

Kanadada yaşayan 19 yaşlı hindistanlı qız işlədiyi bazarın çörək sexində ölü tapılıb.

Bir neçə il əvvəl Kanadaya köçən Gürsimran Kaurdan xəbər alınmadıqdan sonra anası onun işlədiyi bazara gəlib. 

Milli.Az news24.az-a istinadən xəbər verir ki, qızının yanmış meyitini təndirdə tapan bədbəxt ana gördüklərindən dəhşətə gəlib.

Səlahiyyətlilər araşdırmanı dərinləşdirdiklərini bildirərkən, Kaurun işlədiyi supermarketlər şəbəkəsi də dəhşətli hadisəni izlədiklərini açıqlayıb.

Kanadanın qeyri-hökumət təşkilatları ölkəyə böyük ümidlərlə gələn gənc qızın belə dəhşətli vəhşiliyin qurbanı olmasından çox təəssüfləndiklərini bildiriblər.

Milli.Az