ABŞ-də 13 yaşlı məktəblilər qəhrəmanlarının adını yaşatmaq üçün qeyri-adi addım atıblar.
Milli.Az "The Washington Post"-a istinadla xəbər verir ki, ABŞ-də yaşayan məktəblilər - Kendal və Mary ( Meri ) 1862-ci ildə vətəndaş müharibəsi zamanı qılınc yarası alan hərbçinin adının əbədiləşdirilməsinə öz töhfələrini veriblər.
Belə ki, məktəbdə tarix dərsində adını öyrəndikləri hərbçi Daniel Ualterhousun məzarının olmadığını bilən məktəblilər ona başdaşı qoydurmaq üçün kampaniya başladıblar.
Qeyd edək ki, Daniel Walterhouse 1823-cü ildə Orleansda doğulub və ABŞ Vətəndaş Müharibəsi zamanı Birlik Ordusunun Dördüncü Miçiqan Piyadə alayında xidmət edib. Müharibədə əsir düşüb, sonra azad edilib. Həyatının son illərini Orleans dairəsinin kimsəsizlər evində keçirib və 1910-cu ildə orada dünyasını dəyişərək kimsəsizlər məzarlığında dəfn edilib.
İslam
Milli.Az