Yasamalda sakinlərin yuxusuna haram qatıblar - Şikayət - VİDEO

26 Oktyabr 2024 12:38

Yasamal rayonu, Dadaş Bunyadzadə küçəsində yaşayan sakinlər gecə saatlarında rahat yuxu yata bilmirlər. 

Milli.Az xəbər verir ki,  sakinlər gecə saat 03:00 radələrində ərazidə aparılan işlərə görə narazılıq edirlər. Vətəndaşların sözlərinə görə, gecə boyu texnika dayanmadan işləyir. Sakinlər bildirib ki, məsələnin həlli üçün aidiyyəti qurumların addım atacağına ümid edirlər.

Məsələ ilə bağlı Milli.Az Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza açıqlamasında bildirib ki, yayılan görüntülər nəzarətə götürülüb:

"Hazırda Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır".

Aysel Əkbər
Milli.Az