Təyyarələr havada toqquşdu - 3 ölü var

26 Oktyabr 2024 12:26

Avstraliyanın Sidney şəhəri yaxınlığında iki yüngülmühərrikli təyyarə havada toqquşub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Yeni Cənubi Uels ştatının hüquq-mühafizə orqanları yayıb.

Təyyarə qəzası yerli vaxtla saat 11:50 radələrində Oakdape şəhəri üzərində baş verib.

Qəza nəticəsində 3 nəfər həlak olub.

Milli.Az