Sumqayıt şəhərinin bir hissəsində su kəsiləcək.
Milli.Az bildirir ki, Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən su kəmərində təmir bərpa işləri ilə əlaqədar 28.10.2024-cü il tarixində səhər saat 09:00-dan axşam saat 23:00-a qədər 9-cu mikrorayonun bir hissəsi, Qızıl Qum Qəsəbəsi, Köhnə Corat qəsəbəsinin bir hissəsi, Bağlar ərazisinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
təmir işləri yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
İnqilab Məmmədov
Milli.Az