Çin kosmik turizm sektorunda iddialı addım atıb.
Milli.Az xəbər verir ki, ölkə 140 min dollara 12 dəqiqəlik kosmosa səyahət təklif etməyi planlaşdırır. Çinin bu addımı kosmosa səyahətin gündən-günə populyarlaşmasına və bu sahədə yeni bazarın yaranmasına səbəb ola bilər.
Məlumata görə, suborbital kosmos səyahətinin müddəti 12 dəqiqə olacaq. Çinin şərqindəki Jianqsu əyalətində yerləşən şirkət ilk biletlərini oktyabrın 24-də satışa çıxarıb və canlı yayım zamanı cəmi 20 dəqiqə ərzində sata bilib.
Bildirilir ki, şirkət artıq 2027-ci ildə ilk uçuş üçün iki bilet satıb.
Nərmin Mahmudova
Milli.Az